Xəbərlər
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
Məktəbəqədər təhsil müəssisələrinin yay gəzintisi.

Məktəbəqədər təhsil müəssisələrinin yay gəzintisi.
Avqust ayının son günlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 177,292,178,291,193 və 215 nömrəli uşaq bağçalarının ittifaq üzvləri üçün asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir günlük gəzinti turu təşkil olundu.
Səfər iştirakçıları Azərbaycanımızın gözəl rayonlarının gözoxşayan mənzərəsindən zövq almış, təmiz havada və təbiət qoynunda dincələrək xoş və mənalı istirahət keçirmişlər. Gəzintinin məqsədlərindən biri ittifaq üzvlərinin bir-biri ilə daha səmimi ünsiyyət qurması, həmkar birliyinin möhkəmlənməsi və gündəlik iş fəaliyyətindən kənarda birgə vaxt keçirməsi üçün əlverişli imkan yaradılmışdır.
Üzvlərimiz onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Binəqədi Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisələri üçün İsmayıllı rayonuna gəzinti turu təşkil olundu.

Məktəbəqədər təhsil müəssisələri üçün İsmayıllı rayonuna gəzinti turu təşkil olundu.
ETİHİ Binəqədi Rayon Komitəsi təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 90,35,210,153 nömrəli körpələr evi-uşaq bağçası, Sahil uşaq bağçası və Delfin körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı üzvləri üçün avqust ayının 15 İsmayıllı rayonuna birgünlük tur-ekskursiya təşkil olunub.
Gəzintidə ittifaq üzvlərimiz İsmayıllı rayonunun füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli, mənalı və yaddaqalan şəkildə keçiriblər.
ETİHİ Binəqədi Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Üzvlərimiz onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Binəqədi Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.
Məktəbəqədə təhsil müəssisələrinin Quba rayonuna gəzinti turu.

Məktəbəqədə təhsil müəssisələrinin Quba rayonuna gəzinti turu.
ETİHİ Binəqədi Rayon Komitəsi təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 294 və 297 nömrəli məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri üçün avqust ayının 15 Quba rayonuna birgünlük tur-ekskursiya təşkil olunub.
Gəzintidə ittifaq üzvlərimiz Quba rayonunun füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli, mənalı və video vasitəsi ilə qeydə alaraq yaddaqalan şəkildə keçiriblər.
ETİHİ Binəqədi Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Üzvlərimiz onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Binəqədi Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.
Məktəbəqədər təhsil müəssisələrinin yay gəzintisi.

Məktəbəqədər təhsil müəssisələrinin yay gəzintisi.
ETİHİ Binəqədi Rayon Komitəsi təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 298,234,327,295,348 və 151 nömrəli məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri üçün İsmayıllı rayonuna birgünlük tur-ekskursiya təşkil olunub.
Gəzintidə ittifaq üzvlərimiz İsmayıllı rayonunun füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli, mənalı və yaddaqalan şəkildə keçiriblər.
ETİHİ Binəqədi Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Üzvlərimiz onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Binəqədi Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.
Məktəqədər təhsil müəssisələrinin ittifaq üzvləri üçün gəzinti turu.

Məktəqədər təhsil müəssisələrinin ittifaq üzvləri üçün gəzinti turu.
ETİHİ Binəqədi Rayon Komitəsi təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən 296,138,274,329,238 və 219 nömrəli məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri üçün Quba rayonuna birgünlük tur-ekskursiya təşkil olunub.
Gəzintidə ittifaq üzvlərimiz Quba rayonunun füsunkar təbiət qoynunda dincələrək asudə vaxtlarını səmərəli, mənalı və yaddaqalan şəkildə keçiriblər.
ETİHİ Binəqədi Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Üzvlərimiz onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Binəqədi Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.
Təhsil işçiləri üçün gəzinti turu

Təhsil işçiləri üçün gəzinti turu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin dəstəyi ilə Komitənin xidmətində olan təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvləri üçün ölkəmizin füsunkar və dilbər guşələrinə növbəti tur-ekskursiyalar təşkil olunmuşdur.
Təşkil edilən ekskursiyalar yay tətilində ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli və mənəvi-psixoloji rahatlıqlarının dəstəklənməsi məqsədi daşımışdır.
Səfərlər zamanı tur iştirakçıları Azərbaycanın zəngin təbiəti, ecazkar mənzərələri və füsunkar guşələri ilə yaxından tanış olmuş, təbiət qoynunda xoş və unudulmaz anlar yaşamış, gərgin tədris ilinin yorğunluğunu arxada qoyaraq səmərəli istirahət etmək imkanı qazanmışlar.
Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı həyata keçirilməsinin əməkdaşların sosial rifahına və asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verdiyini qeyd ediblər.
Təhsil işçiləri üçün növbəti gəzinti turu təşkil olundu

Təhsil işçiləri üçün növbəti gəzinti turu təşkil olundu
lm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin dəstəyi ilə Komitənin xidmətinə daxil olan 103,335,343,30,217,276,306,99,333,143,301 nömrəli və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvləri üçün ölkəmizin füsunkar və dilbər guşələrinə müxtəlif tur-ekskursiyalar təşkil olunmuşdur.
Təşkil edilən ekskursiyalar yay tətilində ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli və mənəvi-psixoloji rahatlıqlarının dəstəklənməsi məqsədi daşımışdır.
Səfərlər zamanı tur iştirakçıları Azərbaycanın zəngin təbiəti, ecazkar mənzərələri və füsunkar guşələri ilə yaxından tanış olmuş, təbiət qoynunda xoş və unudulmaz anlar yaşamış, gərgin tədris ilinin yorğunluğunu arxada qoyaraq səmərəli istirahət etmək imkanı qazanmışlar.
Təhsil işçilərinin gəzinti turu

Təhsil işçilərinin gəzinti turu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin dəstəyi ilə 205, 284, 102, 115 və 144 nömrəli tam orta ümumtəhsil müəssisələri üçün növbəti tur-gəzintisi təşkil olunmuşdur.
Binəqədi Rayon Komitəsinin tərkibində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kollektivləri Azərbaycanın füsunkar təbiəti və zəngin turizm imkanları ilə seçilən bölgələrinə səfər etmişlər. Bu səfərlər iştirakçılara ölkəmizin gözəlliklərini daha yaxından tanımaq imkanı yaratmaqla yanaşı, müəllimlərin asudə vaxtlarının səmərəli təşkili baxımından da əhəmiyyətli olmuşdur.
Belə tədbirlər tədris ili ərzində yorğunluğun aradan qaldırılmasına, kollektiv üzvləri arasında əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verir.
Təhsil İşçilərinin Quba rayonuna gəzinti turu

Təhsil İşçilərinin Quba rayonuna gəzinti turu
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin dəstəyi ilə növbəti gəzinti turu təşkil olundu. Binəqədi rayon Komitəsinin daxilində olan 297 nömrəli tam orta ümumtəhsil məktəbi,157 nömrəli tam orta ümumtəhsil məktəbi və 313 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Quba rayonuna səfər ediblər.
Səfər çərçivəsində üzvlərimiz Azərbaycanın füsunkar təbiəti və bölgənin zəngin turizm imkanları ilə yaxından tanış olmuş, həmçinin müəllimlərin asudə vaxtlarının səmərəli təşkili üçün gözəl bir fürsət yaradılmışdır. Bu cür gəzintilər pedaqoji kollektivin tədris ili ərzində olan yorğunluğunun və əməkdaşlıq ruhunun möhkəmlənməsinə töhfə verir.


